İmişlidə qəzalı məktəb qısa müddətdə mobil sanitar qovşağı ilə təmin ediləcək

Haqqında məlumat yayılan İmişli rayonunun Aranlı kənd məktəbində 3 sanitar qovşağı var. Təhsil müəssisəsi qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq.

Bu barədə “Report”a Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edilir ki, bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq.