İmişlidə xalça üzərində toxunan rəsm əsərlərindən ibarət sərgi açılıb

“Heydər Əliyev İli” çərçivəsində İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevə məxsus müxtəlif zamanlarda çəkilmiş xüsusi fotoşəkillərin xalça üzərində toxunmuş sərgisi açılıb.

İmişli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə icra hakimiyyətinin, YAP İmişli rayon təşkilatının rəhbərliyi, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İmişli rayonunun Heydər Əliyev Mərkəzinin foyesindəki sərgiyə baxış keçirilib. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşdığını, mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına daim dəstək verdiyini qeyd edib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan sərginin əhəmiyyətindən söz açılıb, gənclərin asudə vaxtlarının səmərəli təşkilində və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında bu cür sərgilərin böyük əhəmiyyətinin olduğu bildirilib. Xalçalar üzərində toxunmuş əsərlər sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
NövbətiAyxan Hacızadə: Niderland Krallığı hökumətinin açıqlamasında Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir