“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin həbsinin detalları məlum olub

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbsinin detalları məlum olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilməklə Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

ƏvvəlkiSuqovuşan istiqamətində mina partlayışı zamanı iki hərbçimiz xəsarət alıb
NövbətiPeşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib