“ İctimai İştirakçılığın Dəstəklənməsi ” İсtimai Birliyindən nöybəti layihə

Layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilir.

Layihə rəhbəri Şaban Nəsirov layihə hqqında məlumat verib: “Azərbaycan Konstitutsiyasının 14-cü maddəsinə əsasən, təbii sərvətlər Azərbaycan Respublikasına məxsusdur- yəni xalqın sərvətidir. Hər bir azərbaycanlının təbii sərvətlərdən gələn gəlirlər barədə məlumat almaq hüququ var. Beynəlxalq prinsiplərdə də bu öz əksini tapır. Lakin, sadə vətəndaşlar arasında çox az adam tapılar ki, bunlardan xəbərdar olsun. Azərbaycan hökuməti beynəlxalq təşəbbüslərə qoşulsa və hökumət səviyyəsində təbliğat işləri aparılsa da, hesab edirik ki, ictimai təşkilatların da bu işdə köməyinə ehtiyac var”.

Şaban Nəsirovun sözlərinə görə, layihənin əsas məqsədi bölgələrdə Hasilat Sənayesində Şəffaflıq Təşəbbüslərinin (HSŞT) təbliğidir. Layihə zamanı yerli fəal insanlar, gənclər arasında təşəbbüsün cəmiyyətə, dövlətə faydaları təbliğ olunacaq.

İctimai Birlik Siyəzən  və Şabran rayonları  ərazisində  Hasilat Sənayesində Şəffaflıq Təşəbbüslərinin təbliğ və təşviq olunması üçün ilkin görüşlər keçirməyə başlayıb. İlkin olaraq yerli dövlət təmsilçiləri və ictimai faəl kəsimlə bu mövzuda müzakirələr aparlıb.

Layihə çərçivəsində Dəyirmi Masalar təşkil olunacaq.  Dəyirmi Masalarda  sakinləri maraqlandıran, narahat edən suallara ekspertlər, yerli icra nümayəndələri və bələdiyyə üzvləri cavab verəcək. Dəyirmi Masalarda Mədən Şəffaflıq Təşəbbüsü ilə bağlı bukletlər tədbir iştirakçılarna paylanacaq. Keçirilən hər bir tədbir qəzet və internet saytlarında ətraflı işıqlandırılacaq. Tədbirə, müvafiq dövlət idarələrinin mütəxəssisləri, ictimai fəallar və ətraf mühitlə məşğul olan ekspertlər dəvət olunacaq.

ƏvvəlkiBakıda ağır qəza: ölənlər var
NövbətiÜmid Partiyasının Gəncə təşkilatı konfrans keçirib