Bakıda ağır qəza: ölənlər var

Bakı şəhərinin Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, mayın 4-ü saat 18 radələrində Qaradağ rayonu ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığında Bakı şəhər sakini Adil Məmmədov idarə etdiyi “Saipa” markalı avtomobili qarşıda gedən Yevlax rayon sakini Rəhman Məmmədovun idarə etdiyi “Mersedes” markalı yük avtomobilinin yarımqoşqusuna, sonradan isə paytaxt sakini Emin Muradovun eyni istiqamətdə idarə etdiyi “Hunday” markalı avtomobilə vurub. Nəticədə A.Məmmədov və sərnişinlərindən həmyerlisi Yalçın Ağayev hadisə yerində ölüb, digər bir sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ƏvvəlkiErmənistan silahlı qüvvələri atəşkəs rejimini 87 dəfə pozub
Növbəti“ İctimai İştirakçılığın Dəstəklənməsi ” İсtimai Birliyindən nöybəti layihə