Hüseyn Abdullayevin tutulması xəbəri rəsmən təsdiqlənib

Beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib.

Turk.az-ın məlumatına görə, H. Abdullayev “İnterpol” tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. Azərbaycana gətirilən H. Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.

Daxili İşlər Nazirliyindən APA-ya H. Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.

ƏvvəlkiAtəşkəs rejimi 104 dəfə pozulub
NövbətiMüdafiə Nazirliyi: Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək