Hökumət bu həftə əməkhaqları və pensiyaların artırılması ilə bağlı təkliflərini təqdim edəcək

Nazirlər Kabineti Prezident İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini bu həftə ərzində hazırlayacaq.

Bunu “Report”a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildiriib ki, hökumət Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gələn təklifləri oktyabrın 20-21-dək hazırlayıb Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

ƏvvəlkiAzərbaycan idman gimnastları dünya çempionatında mübarizəyə başlayır
NövbətiKeçmiş bələdiyyə sədri rüşvətə görə həbs edilib