Hindistan ilk dəfə kosmosa adam göndərir

Hindistan 2022-ci ilə qədər ilk idarə olunan missiyasını kosmosa göndərməyi planlaşdırır.

Türk.az xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi deyib.

“Mən ölkəmizin müstəqilliyinin 75 illiyinin qeyd olunacağı 2022-ci ildə ilk idarə olunan kosmik missiya göndərməyi planlaşdırdığımızı elan etdiyim üçün xoşbəxtəm. 2022-ci ildə və ya daha tez hindistanlını kosmosa göndərəcəyik. Hindistanın qızı və ya oğlu əlində üçrəngli ilə kosmosa yollanacaq”, – baş nazir bildirib.