Azərbaycanın 17 yaşadək futbolçuları Qazaxıstanda “Prezident kuboku” turnirində iştirak edəcəklər

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda keçiriləcək “Prezident kuboku” turnirində iştirak edəcək.

Türk.az AFFA-nın saytına istinadla xəbər verir ki, altı komandanın mübarizə aparacağı yarışın püşkünün nəticəsinə əsasən, komandamız Qazaxıstanın və Qırğızıstanın U-17 yığmaları ilə birgə “B” qrupunda yer alıb. “A” qrupunda isə Tacikistan və Krasnodar Akademiyasının U-17 komandası ilə yanaşı, Qazaxıstanın 16 yaşadək futbolçulardan ibarət yığması da mübarizə aparacaq.

Avqustun 24-də start götürəcək turnirin ilk oyun günündə Azərbaycan millisi meydana çıxmayacaq. Komandamız növbəti gün Qırğızıstan komandası ilə üz-üzə gələcək. Avqustun 25-də keçiriləcək oyuna saat 16:00-da start veriləcək. Avqustun 26-da saat 16:00-da yığmamız Qazaxıstan millisi ilə üz-üzə gələcək.

ƏvvəlkiHindistan ilk dəfə kosmosa adam göndərir
NövbətiDaxili işlər orqanları ötən gün 115 cinayət faktı qeydə alıb