Türkiyə ABŞ istehsalı olan məhsullara gömrük rüsumlarını artırdı

Türkiyə ABŞ sanksiyalarına cavab olaraq bu ölkənin istehsal etdiyi bir sıra məhsulların gömrük rüsumlarını artırıb.

Türk.az xəbər verir ki, bu barədə Türkiyənin rəsmi qəzetində ölkə başçısının müvafiq sərəncamı dərc olunub.

Sənədə əsasən ABŞ-dan istehsal olunan tütün məhsullarına qoyulan idxal rüsumu 60 faiz, spirt məhsulları 140 faiz, avtomobillər 120 faiz, kosmetika məhsulları 60 faiz, düyü 50 faiz, meyvələr 20 faiz artırılıb.

Rüsum artımı həmçinin digər ABŞ istehsalı olan məhsullara qarşı da tətbiq edilib.

Əvvəlkiİtaliyanın Genuya şəhərində 2 günlük matəm elan olunub
NövbətiHindistan ilk dəfə kosmosa adam göndərir