Hikmət Hacıyev: “Diplomatik missiyalar hücum hədəfi olmamalıdır”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında Azərbaycanın Xarkovdakı fəxri konsulluğu silahlı hücuma məruz qalmasını pisləyib.

“Report” xəbər verir ki, Hikmət Hacıyev yazıb:

“Diplomatik missiyalar hücum hədəfi olmamalıdır. Şübhə erməni terror təşkilatlarının üzərinə düşür, çünki Ermənistan asimmetrik müharibəyə keçir. Biz Ukrayna hakimiyyətinin operativ reaksiyasını qiymətləndiririk”.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasına daha 1410 yoluxma faktı qeydə alınıb, 779 nəfər sağalıb
NövbətiTəhsil Nazirliyi: Erməni təcavüzünün qurbanı olan məktəblilərin sayı 10-a çatdı