Heydər Əliyev Mərkəzində “Caz Günü” olacaq

Mayın 4-də Heydər Əliyev Mərkəzində “Caz Günü” olacaq.

Trend xəbər verir ki, həmin gün Heydər Əliyev Mərkəzinin Auditorium zalının səhnəsində əvvəlcə trio – tanınmış pianoçu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev (piano), Ruslan Hüseynov (bas gitara) və Elvin Bəşirov (zərb aləti) çıxacaq.

Konsertin davamında trionun müşayiəti ilə xalq artistləri Ənvər Sadıqov (qarmon),Tünzalə Ağayeva (vokal), əməkdar artistlər Ceyla Seyidova (skripka), Sevda Ələkbərzadə (vokal), həmçinin Elnur Mikayılovun (kamança) ifasında caz kompozisiyaları təqdim olunacaq.

Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

ƏvvəlkiMilli Su Siyasəti Dialoqunun növbəti görüşü keçirilir
NövbətiSalyanda yol qəzasında ölənlərin sayı 4-ə çatıb, 2 nəfər yaralanıb