Heydər Əliyev adına AAHM-də müəllimlərə sertifikatlar təqdim edilib

Müdafiə nazirinin tapşırığına əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təşkil edilmiş ixtisasartırma kursunu müvəffəqiyyətlə bitirən xüsusi təyinatlı təhsil müəssisələrinin müəllimlərinə sertifikatların təqdimetmə mərasimi keçirilib.

Kursun keçirilməsində əsas məqsəd zabit kadrlarının hazırlanmasında müəllimlərin müasir tədris metodikası, pedaqogika və psixologiya elmlərinin yeniliklərindən, həmçinin informasiya-kommunikasiya texnologiyalarından geniş istifadəsini təmin etmək və digər bu kimi mövzularda bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Sonda müəllimlərə sertifikatlar təqdim olunub.

ƏvvəlkiSabahın hava proqnozu açıqlanıb
NövbətiDövlət Komitəsi zorakılığa məruz qalan uşaqların əlamətlərini açıqlayıb