Azərbaycanda e-imza sertifikatlarına tələbat 32% artıb

Azərbaycanda “Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir.

“Report” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qurumun Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi ötən il 17 756 e-imza tokenini istifadəyə verib. Bunun 9 838-i dövlət qurumlarının, 4 990-ı sahibkarların, 2 928-i isə fiziki şəxslərin payına düşür. Beləliklə, 2019-cu il ilə müqayisədə 2020-ci ildə verilmiş e-imza tokenlərinin sayı 32% çoxdur.

Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı isə 2 058 olub.

E-imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Belə ki, 2020-ci ildə 8 milyona yaxın əməliyyat aparılıb. Onlardan 85%-i dövlət qurumlarının payına düşür. Bu da 2019-cu illə müqayisədə 93% çoxdur.

Xatırladaq ki, elektron imza rəqəmsal mühitdə hazırlanan smart kart və USB token formasında istifadə oluna bilən, elektron məntiqə uyğun işləyən şəxsiyyəti müəyyənləşdirmə və imzalama vasitəsidir. Təqlid edilməsi mümkün olmayan bu imza 3 il müddətində etibarlıdır.

ƏvvəlkiVətən müharibəsindən qayıdanlarla bağlı komissiyaya daxil olan müraciətlər açıqlanıb
NövbətiAzərbaycanda koronavirus infeksiyasından 1322 nəfər sağalıb, 474 yeni yoluxma faktı qeydə alınıb