Heydər Əliyev prospektində avtomobil piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə martın 11-i saat 23:05 radələrində paytaxtın H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Mürvət Aslanlının idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 1962-ci il təvəllüdlü İlqar Həşim oğlu Muradovu vuraraq öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.