Helsinki Komissiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

ABŞ Helsinki Komissiyası Xocalı soyqırımının 27-ci il dönümü ilə əlaqədar bəyanat yayıb.

ONA xəbər verir ki, Helsinki Komissiyası sədrinin nümayəndəsi Alsi Heystinqsin bəyanatı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının rəsmi səhifəsində dərc edilib.

Bəyanatda Xocalı şəhərinin məruz qaldığı misli görünməmiş qəddarlığın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, insan hüquq və azadlıqlarını pozduğu qeyd olunub.

A.Heystinqs həmçinin həyatını itirmiş insanların xatirəsinin yad edilməsinin bu və faciənin anılmasının vacibliyi qeyd edib.

ƏvvəlkiXocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda anım tədbirləri keçirilib
NövbətiYAP Gəncə şəhər təşkilatında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb