Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Londonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsini müzakirə ediblər.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə eləcə də Ukraynadakı vəziyyət, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr müzakirə mövzusu olub.

Müzakirələr Ukraynanın yenidən qurulmasına dair ikigünlük beynəlxalq konfrans çərçivəsində baş tutub.

ƏvvəlkiAzərbaycanın yunan-Roma güləşçisi İstanbulda gümüş medal qazanıb
NövbətiAvropa çempionatı: Əliyar Ağayev açılış oyununu idarə edib, Kaşuk Ukraynaya qələbə qazandırıb