“Hacıkənd Yay Düşərgəsi – 2018″ layihəsinə start verilib

Gəncə şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, YAP Gəncə şəhər Təşkilatının, “Gəncə Avropa Gənclər Paytaxtı 2016″ İctimai Birliyinin və Azərbaycan Skautlar Assosiasiyasının dəstəyi, “Gələcəyə Körpü” Gənclər Birliyinin təşkilatçılığı ilə “Hacıkənd Yay Düşərgəsi – 2018″ layihəsinə start verilib.

Gəncənin Hacıkənd qəsəbəsində həyata keçirilən yay güşərgəsi “Gəncə – Avropanın İdman Şəhəri 2019” layihəsinin təbliğatına həsr olunub. Ölkənin müxtəlif regionlarından 85-ə yaxın gənc iştirak etdiyi düşərgənin açılış mərasimində YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov iştirak edib, yay düşərgəsinin mühüm əhəmiyyətə malik bir tədbir olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, düşərgənin əsas məqsədi düşərgə ənənəsini bu bölgədə yaratmaqla, Gəncə şəhərinin 2019-cu il üçün Avropanın İdman Şəhəri seçilməsini ölkə səviyyəsində təbliğ etmək, bununla bərabər gənclərin asudə vaxtlarının səmərəli təşkil etmək və yay istirahətinin daha səmərəli təşkilinə köməklik göstərməkdir.

Geniş diskussiya şəraitində keçən açılış mərasimində Naqif Həmzəyev və Müşfiq Cəfərov iştirakçıları maraqlandıran suallara ətraflı cavab verib, onlara uğurlar arzu ediblər.

7 gün davam edəcək düşərgə müddətində iştirakçı gənclər “Gəncə – Avropanın İdman Şəhəri 2019” titulu,  turizmin inkişafında gənclərin rolu, sosial biznes, gənclər evləri və yaradılan imkanlar mövzusunda sessiyalarda iştirak etməklə maariflənəcəklər. Əlavə olaraq düşərgə müddətində gənclər təbiətdə texniki işarələr, idman oyunları, ox-atma, yoqa, ilkin tibbi yardım və s. kimi praktiki fəaliyyətlərə cəlb olunacaq, o cümlədən təqdimatlar, müzakirələr və yürüşlərdə iştirak edəcəklər.

Düşərgənin ilk günündən hazırlanmış videoçarxı Sizlərə təqdim edirik:

ƏvvəlkiAlman və Azərbaycan arxeoloqlarının Şəmkirdəki tədqiqatları
NövbətiTürkiyə prezidentinin İrana səfər edəcəyi tarix məlum olub