Millət vəkilinin ev kitabxanasından hazırlanan video görüntülər dərnək üzvlərinə nümayiş etdirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində planlaşdırılan növbəti tədbirlər keçrilib.

Aprelin 3-də Abşeron rayon Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 33 saylı tam orta məktəbdə həm dördüncü təlim keçirildi, həm də ikinci dərnək təşkil olundu. Təlimin mövzularına uyğun olaraq, iştirakçılar “Ağıllı olmaq üçün neçə kitab oxumalıyıq?”, “10 kitabın sirri” kimi sualları təlimçinin köməyi ilə cavablandırdılar. Kitabxanaya yazılarkən “Kitabxanadan istifadə qaydaları”- na əməl etməli olduqları barədə məlumat aldılar. Tədbirdə elektron lövhədən, ağ lövhədən və digər əyani vasitələrdən geniş istifadə edildi.
Daha sonra isə “Ev kitabxanası necə olmalıdır?” adı dərnək yaradıldı. Xatırladaq ki, layihə çərçivəsində layihənin rəhbəri işçi qrupu ilə birlikdə Milli Məclisin üzvü, millət vəkili Fazil Qəzənfəroğlunun möhtəşəm kitablarla zəngin olan ev kitabxanasında olub geniş çəkiliş aparmışdılar.

Millət vəkili Fazil Qəzənfəroğlunun ev kitabxanasından hazırlanan video görüntülər dərnək üzvlərinə nümayiş etdirildi və ev kitabxanasının yaradılması üçün vacib olan şərtlər açıqlandı. Layihənin rəhbəri və ekspert iştirakçılara növbəti ev tapşırığı kimi videoda gördüklərini şərh etməyi və münasibət bildirməyi tapşırdı.

ƏvvəlkiHeydər Əliyev Mərkəzində “III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransı işə başlayıb
NövbətiAzad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi layihəsi çərçivəsində növbəti dördüncü təlim keçirildi