Türkiyə prezidentinin İrana səfər edəcəyi tarix məlum olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də İrana səfər edəcək.

Türk.az türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Tehranda Rusiya, İran və Türkiyə dövlət başçılarının iştirakı ilə keçirilməsi planlaşdırılan zirvə görüşünə qatılacaq.

Sammitdə Suriya böhranının həllinin müzakirəsi nəzərdə tutulub.

Əvvəlki“Hacıkənd Yay Düşərgəsi – 2018″ layihəsinə start verilib
NövbətiAzərbaycan Dubayda Ticarət Evi açaçaq