Hərracda “Land Rover” 14 min manata, “Hyundai İX-35” 12 min manata təklif olundu

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 25 nəqliyyat vasitəsi özəlləşdirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 318 sifariş qəbul edilib, bunun 40-ı elektron qaydada həyata keçirilib. Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə qatılmaq imkanı hərraclarda iştirak prosedurunu daha da sadələşdirib. Bu isə, hərrac iştirakçılarının sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir. Budəfəki hərracda Avropa və Cənubi Koreya istehsalı olan avtomobillərə maraq daha çox olub. Belə ki, ilkin satış qiyməti 14 min manat olan “Land Rover Defender” markalı avtomobilə ən son təklif 3,5 dəfə çox artaraq 48 min 700 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 12 min manata olan “Hyundai İX-35” markalı nəqliyyat vasitəsi 21 min 200 manata satılıb. Hərracında satılan avtomobillər üzrə dövlət büdcəsinə 273 min 150 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/33fTeQ).

Növbəti hərraclar martın 7-10-da keçiriləcək. Hərraclara 113 əmlak çıxarılacaq.

ƏvvəlkiPrezident İlham Əliyev BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidentini qəbul edib
NövbətiBMT-nin Cenevrədəki bölməsinin baş direktoru Azərbaycanın təşəbbüslərini təqdir edib