Hərbi xidmətə çağırışçılar təyin olunduqları xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar

Gələn ilin yanvarında Azərbaycanda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar təyin olunduqları xidmət yerləri barədə dekabrın 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən SMS vasitəsilə məlumatlandırılacaqlar.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatı dekabrın 26-dan bu qurumun internet saytının “Elektron xidmət” bölməsində özləri haqqında tələb olunan məlumatları daxil etməklə dəqiqləşdirə bilərlər. Müddətli həqiqi hərbi xidmətə göndərilən şəxslər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hərbi hissəyə düşdükləri barədə məlumat ala bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Qurumun internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan əvvəl – dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.

Əvvəlkiİlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışında iştirak edib
NövbətiPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu durmadan artıb, möhtəşəm uğurlar qazanılıb