Həmyerlimiz Ramil Quliyev Avropa çempionu oldu

Türk.az-ın verdiyi məlumata görə, Almaniyanın paytaxtı Berlində keçirilən yüngül atletika üzrə Avropa çempionatına Türkiyə yığmasının tərkibində qatılan həmyerlimiz Ramil Quliyev 200 metrəyə qaçış üzrə final yarışında finişə birinci sırada gəlib.

Ramil Quliyev bu məsafə üzrə 19,76 saniyə nəticə göstərib. Beləliklə həmyerlimiz öz idmançı karyerasında ilk Avropa çempionluğunu qazanıb.

https://youtu.be/YU43WItBSkw

Xatırladaq ki, Ramil Quliyev bundan əvvəl sonuncu dünya çempionatında da Türkiyəni təmsil etmişdi. O, həmin çempionatda dünya çempionu olmuşdu.

ƏvvəlkiYanğın hadisələrinə görə həbslər başlandı
NövbətiAvroliqa matçında hakimin başını yardılar