Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar Ciddə və Mədinədəki aeroportlarda türk dilində məlumat ala biləcəklər

Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar Ciddə və Mədinədəki aeroportlardakı məlumat bürolarında qida məhsulları və dərman preparatları haqqında türk dilində məlumat ala biləcəklər.

AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərzaq və Dərman İdarəsi (SFDA), zəvvarları məlumatlandırmaq və onların sağlam həyat tərzinə riayət etmələrini təmin etmək üçün təlimatlar vermək məqsədilə Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanında və Mədinədəki Şahzadə Məhəmməd bin Əbdüləziz Hava Limanında iki məlumat bürosu açıb.

SFDA məlumat və maarifləndirici məsləhətlər vermək üçün istifadə etdiyi dillərin ümumi sayını zəvvarlar arasında ən çox danışılan 12 dilə çatdırıb. Belə ki, əvvəllər istifadə edilən ərəb, ingilis, fransız, urdu, hindi, benqal, malay, bahasa (İndoneziya) və türk dillərinə üç yeni dil – ispan, rus və çincə əlavə edilib.

Aeroportlarda Həcc ziyarətinə gələnlərə qida və əczaçılıq məhsullarının təhlükəsizliyi ilə bağlı çap, vizual və audio maarifləndirmə materialları təqdim edilir .

SFDA, həmçinin Məkkə və Mədinə bələdiyyələri ilə əməkdaşlıq şəraitində 45-47 dərəcə Selsiyə çatan isti havada yeməklərin hazırlanmasında düzgün təcrübələri təşviq etmək, zəvvarlara yeməklərin təqdim edilməsi ilə bağlı qida müəssisələrində və iaşə mətbəxlərində işçiləri maarifləndirmək üçün seminarlar təşkil edir. texniki standart tələblərinə uyğun təhlükəsiz yeməklərə nəzarəti həyata keçirir.

ƏvvəlkiYunus Oğuza TÜRKSOY tərəfindən “Çingiz Aytmatov” medalı təqdim edildi
NövbətiBDU-da boş qalan professor vəzifələrinə seçkilər keçirilib