Yunus Oğuza TÜRKSOY tərəfindən “Çingiz Aytmatov” medalı təqdim edildi

Bu gün Azərbaycan Yazıçılar Birliyində 26-28 may tarixlərində keçirilən I Türk Dünyası və Ədəbiyyat Festivalının iştirakçıları və festivalın təşkilində əməyi keçən şəxslər mükafatlandırılıb.

Trend xəbər verir ki, tədbirdə bir sıra yazıçı-publisist, media nümayəndələri, tələbələr və ASAN Xidmət könüllüləri müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıb.

Tədbir dəyərli xalq yazıçımız Anarın çıxışı ilə başlayıb. O, iştirakçılara festival müddətində göstərdikləri xidmətə görə təşəkkür edib və Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri və I Türk Dünyası və Ədəbiyyat Festivalının təşkilatçısı Xəyal Rzaya “Bəxtiyar Vahabzadə” mükafatını təqdim edib.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı-publisist Rəşad Məcid, tənqidçi İntiqam Qasımzadə, Nizami Tağısoy Türksoy tərəfindən “Molla Pənah Vaqif” medalı, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, yazıçı-publisist Yunus Oğuz “Çingiz Aytmatov” medalı, gənc şair Ramil Əhməd “Aşıq Veysəl” medalı ilə təltif olunub.
Daha sonra tələbələr I Türk Dünyası və Ədəbiyyat Festivalında iştiraka görə sertifikatlarla mükafatlandırılıb.

Sonda xatirə şəkli çəkilib və tələbələrə yazıçı Anarın kitabları hədiyyə edilib.

ƏvvəlkiHərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib
NövbətiHəcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar Ciddə və Mədinədəki aeroportlarda türk dilində məlumat ala biləcəklər