Gürcüstanda yeni təhsil naziri təyin olunub

Gürcüstanın baş naziri Giorgi Qaxaria Mixeil Çxenkelini ölkənin təhsil, elm, mədəniyyət və idman naziri təyin edib.

“Report”un yerli bürosu xəbər verir ki, yeni nazir bu vaxta qədər baş nazirin müşaviri işləyib.

O, 2017-2018-ci illərdə Gürcüstanın təhsil və elm naziri vəzifəsini tutub.

Qeyd edək ki, keçmiş təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili noyabrın 7-də istefa verib.

ƏvvəlkiLüksemburqun Milli Təhlükəsizlik naziri “Düdelanj” – “Qarabağ” oyunundakı erməni təxribatı ilə bağlı deputatların sorğusuna cavab verib
NövbətiZahid Oruc Əli Əsədova çağırış edib