Gürcüstanda qripə yoluxma halları artıb

“Gürcüstanda qripə yoluxma hallarının artımı başlayıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib.

O deyib ki, artıq qrip hallarının çoxalması ikinci həftədir davam edir:

“Hələlik yoluxma və xəstəxanaya yerləşdirilmə halları illik müqayisədə olduqca azdır”.

P.İmnadze ölkədə qripin üç alt növünün yayılmasının müşahidə edildiyini bildirib:

“Son həftənin göstəricilərinə əsasən, yoluxma hallarının 30%-i B, 10%-i H1N1, digər 10%-i isə H3N2 tipli viruslara aiddir. Yerdə qalan 50% isə qripə bənzər viruslardır və böyük əksəriyyətini rinoviruslar təşkil edir”.

Elmi rəhbərin sözlərinə görə, dekabrın sonuna qədər yoluxma hallarının artım dövrü davam edəcək: “B tipli vurusun hazırda ən çox yayılan olduğunu nəzərə alaraq, biz geniş yayılma və ağırlaşma hallarını gözləmirik”.

Qeyd edək ki, ötən ilin dekabr-yanvar aylarında Gürcüstandan “donuz qripi” adlandırılan H1N1 virusu geniş yayılmışdı. Bu virusdan ölənlərin sayı 22 nəfər olub.

ƏvvəlkiMDB Azərbaycanda parlament seçkilərinə müşahidəçilər göndərəcək
NövbətiAzərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının Tbilisi görüşünün tarixi açıqlanıb