Gürcüstanda azərbaycanlılar arasında təbii artım qeyri-sabitdir

Son üç ildə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində təbii artımla bağlı qeyri-sabit tendensiya müşahidə olunur.

“Report”un yerli bürosu xəbər verir ki, bu, Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında əks olunub.

2016-cı ildə regionda təbii artım 2 037, 2017-ci ildə 2 342, 2018-ci ildə isə 1 654 nəfər təşkil edib. Son üç ildə ən yüksək təbii artım 2017-ci, ən aşağı təbii artım isə ötən il qeydə alınıb. 2018-ci ildə təbii artımda illik müqayisədə 688 nəfər azalma, 2017-ci ildə isə 305 nəfər artım olub.

2019-cu ilin yanvarın 1-nə olan məlumata əsasən, Kvemo Kartli bölgəsinin əhalisi 433,2 min nəfər təşkil edir. Əhalinin 188,4 min nəfəri şəhər, 244,7 min nəfəri isə kənd yerlərində yaşayır. Regionda hər kvadratmetrə düşən əhali sıxlığı 67,3 nəfərdir.

2018-ci ildə bölgədə 2 666 nikah, 994 boşanma halı olub.

ƏvvəlkiDağlıq Qarabağın azərbaycanlı icmasının sədri Paşinyanı sənədlərlə tanış olmağa çağırıb
NövbətiBakıda “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub – FOTOLAR – YENİLƏNİB