Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Paşinyanı sənədlərlə tanış olmağa çağırıb

“Ermənistanın baş naziri Nikol Paşinyana buradan bir daha çatdırıram ki, Ermənistan-Azərbaycan münaqişəsində iki tərəf və iki maraqlı tərəf var”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

O, Paşinyanı Helsinki sənədləri ilə tanış olmağa çağırıb: “Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə növbəti sərsəm açıqlama ilə gündəmə çıxaraq ATƏT-in ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayzanın guya münaqişə ilə bağlı məsələlərdən xəbərdar olmamasına irad tutub. Eyni zamanda yenidən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qeyri-konstruktiv danışıqların ruhuna zidd bəyanat verib və danışıqlarda Dağlıq Qarabağ ermənilərinin xüsusi bir tərəf kimi rolunu qabardıb. Biz də Paşinyanın bəyanatına cavab olaraq bildiririk ki, onun qısa yaddaşını təzələməyə ehtiyac duyulur. Onun Helsinki sənədləri ilə tanış olmadığı açıq-aydın görünür. Paşinyan həmin sənədlərlə tanış olsaydı, görərdi ki, azərbaycanlı icma da burada maraqlı tərəfdir. Buradan onun məlumatsızlığı, ümumiyyətlə, proseslərdən xəbərdar olmadığı görünür. Metyu Brayzanı ittiham etmək əvəzinə, həmin sənədlərlə tanış olması daha məqbuldur”.

ƏvvəlkiSOCAR-ın Türkiyədə yeni obyektinin açılışı olub
NövbətiGürcüstanda azərbaycanlılar arasında təbii artım qeyri-sabitdir