Gürcüstan müxalifəti parlamenti boykot etdi

Gürcüstanın müxalif “Aqmaşenebeli strategiyası” birliyi və Leyboristlər Partiyası da yeni parlamentdə təmsil olunmaqdan imtina edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hər iki siyasi təşkilat seçkilərin nəticələrini tanımadığını bildirib.

“Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı da deputat mandatlarından imtina barədə qərar verib.

“Aqmaşenebeli strategiyası” seçkilərdə 3,15% səs (4 mandat), “Leyboristlər” 1% (1 mandat), “Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı isə 1,33% (2 mandat) əldə edib.

Beləliklə, qanunverici orqanı bütün müxalifət partiyaları boykot edib.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasına daha 596 yoluxma faktı qeydə alınıb, 322 nəfər sağalıb
NövbətiDonald Tramp seçiciləri məntəqələrə şəxsən və erkən gəlməyə çağırıb