Güclü külək nəticəsində qırılmış ağaclara görə bağlanan köhnə Ələt-Astara magistralı açılıb

Cəlilabad rayonundan keçən köhnə Ələt-Astara magistral yolunda hərəkət bərpa olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Bildirilib ki, yolun həmin hissəsində hərəkətin təhlükəsizliyi polis əməkdaşları və aidiyyəti qurumlar tərəfindən təmin olunub və hər iki istiqamətdə nəqliyyatın hərəkəti bərpa edilib.

Qeyd edək ki, Cəlilabadda əsən güclü külək nəticəsində köhnə ağaclar aşaraq magistral yola düşmüşdü. Bu səbəbdən hər iki istiqamətdə yol bağlı idi.

ƏvvəlkiQadın güləşçimiz Mariya Stadnik 9-cu dəfə Avropa çempionu olub
NövbətiSahibə Qafarova Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb