Goranboyda polis əməkdaşları şəhid ailələrinə bayram sovqatı paylayıblar

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Novruz bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə bayram sovqatları paylayıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, Novruz bayramı münasibətilə onları təbrik ediblər.

Əvvəlki2020-ci ildə dünyada 65 jurnalist qətlə yetirilib
NövbətiAzərbaycanda koronavirusdan 234 nəfər sağalıb, 603 yeni yoluxma faktı qeydə alınıb