Gimnastlarımız beynəlxalq turnirdə qızıl medal qazanıblar

Batut gimnastikası üzrə “Latvian Cup” beynəlxalq turnirində Azərbaycan yığma komandasının üzvləri uğurla çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, gimnastlarımız Nicat Mirzəyev və Ammar Baxşaliyev fərdi proqramda qızıl medala layiq görülüblər.

Yarış Latviyanın paytaxtı Riqa şəhərində keçirilib.

ƏvvəlkiFIDE reytinqi: Azərbaycanın dünya çempionu 36 pillə irəliləyib
NövbətiDOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib