Gəncə-İstanbul istiqamətində uçuşlara yeni təyyarə əlavə edilib

“Türk Hava Yolları” aviaşirkəti tərəfindən Gəncə-İstanbul-Gəncə istiqamətində uçuşlara yeni “Boeing 737-800” təyyarəsi əlavə edilib.

Bunu yenigence.com-a “Türk Hava Yolları”nın Gəncədəki rəsmi nümayəndəsi Cabir Peçe bildirib. O qeyd edib ki, yeni təyyarə aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək. Yeni nəsil texnologiyalarına cavab verən təyarə həm iqtisadi, həm də sərnişindaşıma baxımından çox əlverişlidir.

ƏvvəlkiRusiya aeroportlarına məşhur azərbaycanlıların adları verilə bilər
NövbətiAmerikada Şükran bayramıdır