Amerikada Şükran bayramıdır

Bu gün milyonlarla amerikalı Şükran bayramını nahar ziyafəti ilə qeyd edir.

Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp prezident ənənəsinə sadiq qalaraq iki hind toyuğunu əvf edib. Bu, o deməkdir ki, onun əvf etdiyi “Peas” (Noxudlar) və “Carrots” (Köklər) adlı hing toyuqları ömürlərini Vriciniya fermasında yaşamaqda davam edəcəklər.

Bayramın tarixçəsi 17-ci ərsdə Şimali Amerikaya gəlmilş Avropa kolonistlərinin üzləşdikləri ağır qış mövsümünə tab gətirmələrindən qaynaqlanır.

Nəhəng şarlarla müşayiət olunan Macy’s Şükran Paradı bayramın əsas cizgilərindən biri sayılır. Hər il Nyu York şəhərində keçirilən təmtəraqlı Şükran paradını milyonlarla amerikalı televizorda izləyir.

Amerikalılar Şükran bayramını nahar süfrəsində hind toyuğu yeməklə və naharın ardınca ənənəvi futbol matçına baxmaqla qeyd edirlər.

Şükran bayramını qohumları və dostları ilə birlikdə qeyd etmək üçün milyonlarla amerikalı aeroportlara gedir və ya maşınla səfərə çıxır. Bu bayramda amerikalılar bir ənənə olaraq hind toyuğu qızardır, piroqlar bişirir, ailələri və yaxınları ilə birlikdə vaxt keçirir.

Təxminlərə görə, bayramın keçiridiyi həftə çərşənbə günü ilə bazar günü arasında 45 milyona qədər amerikalı yaxınları ilə görüşmək üçün 80 kilometr və artıq məsafə qət edir.

Amerikada ilk dəfə Şükran bayramı 1621-ci ildə bu ölkəyə gələn ilk mühacirlərin Şimali Amerikada sərt qışdan sonra yetişdirdikləri məhsulun bayram edilməsi olub. Bundan bir əsr sonra, 1789-cu ildə Amerikanın ilk prezidenti Corc Vaşinqton bayramın rəsmiləşdirilməsi barədə qanun imzalayıb.