Gədəbəy rayonuna dolu düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətininin iyunun 11-i saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Qusar, Altıağac, Qrız, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, Gədəbəy rayonuna saat 15:10-15:20 radələrində diametri 10 mm olan dolu düşüb.

Saat 16:10 radələrində Quba rayonu ərazisindən keçən Vəlvələçayda sel müşahidə olunub.

ƏvvəlkiTürkiyənin müdafiə naziri raket fabrikindəki partlayışa görə Hataydan Ankaraya qayıdıb
NövbətiVitse-spiker Adil Əliyev Misir Ərəb Respublikası Senatının sədri ilə görüşüb