Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətdə cavab tədbirləri görülüb.

ƏvvəlkiPrezident İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədrinə başsağlığı verib
NövbətiQaxda Xalq artisti, kinorejissor Xamis Muradovun 80 illiyi qeyd olunub