“Gənclik Mall”da paltar oğurlayan şəxs tutulub

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “Zara” geyim mağazasından paltar oğurlayan şəxs tutulub.

Türk.az-ın məlumatına görə, Yevlax rayon sakini 24 yaşlı Tural Qurbanzadə mağazanın mühafizəçiləri tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.