“Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirəcəyi oyunun saatı açıqlanıb.

Türk.az xəbər verir ki, Ağdam klubunun Sloveniyanın “Olimpiya” klubuna qarşı keçirəcəyi ilk oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İlk görüş iyulun 11-i Lüblyanada, cavab matçı isə Tofiq Bəhramov adına Respublika stadionunda, iyulun 18-i saat 21:00-da olacaq.