Füzulidə traktor minaya düşüb

Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktor partlamamış silah-sursata dəyərək partlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hadisə nəticəsində traktora maddi ziyan dəyib, lakin hər hansı bir şəxs xəsarət almayıb.

Bundan əvvəl Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırma zamanı daha bir şəxsin – 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

ƏvvəlkiKXDR Yapon dənizi istiqamətində növbəti ballistik raket buraxıb
NövbətiOktyabrın 8-də Azərbaycanda COVID-19 əleyhinə 837 doza vaksin vurulub