Futbol üzrə Azərbaycan kubokunun bütün yarımfinalçıları müəyyənləşib

Futbol üzrə Azərbaycan kubokunun bütün yarımfinalçıları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, dörddəbir final mərhələsinin son oyununda “Neftçi” “Zirə”ni qəbul edib.

“Bakcell Arena”da keçirilən qarşılaşma “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun əsas vaxtı 2:1 hesabı ilə “Neftçi”nin xeyrinə yekunlaşıb. Flaqmanın heyətində 3-cü dəqiqədə Yeqor Boqomolski, 45+1-ci dəqiqədə isə Emin Mahmudov fərqləniblər. Matçın 89-cu dəqiqəsində “Zirə”dən Loris Bronyo fərqi azaldıb.

İlk matçda Rəşad Sadıqovun komandası 1:0 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. Matçın 95-ci dəqiqədə Kenni Sayef komandasının üstünlüyünü möhkləmləndirib. Oyunun 110-cu dəqiqəsində “Zirə”nin futbolçusu Hamidu Keyta penaltidən yararlana bilməyib. Son dəqiqələrdə isə qonaq komandanın iki futbolçusu – Təmkin Xəlilzadə və Hacıağa Hacılı meydandan qovulub. Beləliklə, flaqman yarımfinala vəsiqəni təmin edib.

“Neftçi” yarımfinalda “Turan Tovuz”la üz-üzə gələcək. Bu raundun digər cütündə “Qəbələ” və “Səbail” komandaları qarşılaşacaqlar.

Yarımfinal görüşləri gələn il aprelin 19 və 27-də baş tutacaq.