Dünya çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, yığma 1/4 finalda Bolqarıstana qalib gəlib.

Əvvəlki raundda Portuqaliyanı 3 cavabsız qolla üstələyən Elşad Quliyevin yetirmələri budəfəki rəqib üzərində 3:1 hesablı qələbə qazanıblar. Komandamızın heyətində 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov, 36-cı dəqiqədə isə Mirmehdi Rzayev fərqləniblər.

Millimiz yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Həmin görüş noyabrın 3-də baş tutacaq.

ƏvvəlkiAzərbaycan nefti ucuzlaşmaqda davam edir
NövbətiHeydər Əliyev Fondu tərəfindən hazırlanan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not kitablarının təqdimatı olub