Fransada 75-ci Kann Film Festivalı başlayıb

Fransada Kann Film Festivalı başlayıb.

“Report” xəbər verir ki, bu barədə “France 2” telekanalı məlumat yayıb.

Tədbirin əsas müsabiqəsində 21 film iştirak edir.

Festival rusiyalı rejissor Kirill Serebrennikovun “Çaykovskinin arvadı” filminin beynəlxalq premyerası ilə açılacaq.

75-ci Kann Film Festivalı mayın 28-dək davam edəcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan festival ikiillik fasilədən sonra fəaliyyətini yenidən bərpa edib.