Litva Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib

Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Litva Respublikasının Prezidenti Gitanas Nausedanı və xanımı Diana Nausedanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

ƏvvəlkiSahibə Qafarova İran parlamenti sədrinin müavini ilə görüşüb
NövbətiFransada 75-ci Kann Film Festivalı başlayıb