Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 67,5 min nəfər əhalisi olan Bisliq şəhərindən 55 kilometr şimal-şərqdə yerləşib.

İtki və dağıntılar barədə məlumat yoxdur.

Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Filippin sahillərində 7,5 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi.

ƏvvəlkiAzərbaycan səfiri Qazaxıstan naziri ilə mədəniyyət və media sahəsində əməkdaşlığı müzakirə edib
NövbətiBu gün Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür