Fidan və Dar İranın Türkiyə ərazisinə raket atmasını müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar telefon danışığı zamanı İranın bu yaxınlarda Türkiyə istiqamətində ballistik raket atmasını müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkəsində məlumat yayıb.

“Tərəflər regionda artan gərginlik ətrafında fikir mübadiləsi aparıb, davam edən hücumlar, o cümlədən Türkiyəyə qarşı son hücum cəhdi ilə bağlı ciddi narahatlıqlarını ifadə edib, gərginliyin dərhal azaldılmasını və təmkinliliyin zəruriliyini vurğulayıblar”, – məlumatda bildirilib.

İshaq Dar Pakistanın Türkiyə ilə həmrəy olduğunu və ölkələrin regional sülh və sabitliyin qorunması üçün səyləri əlaqələndirməyə hazır olduqlarını təsdiqləyib.

ƏvvəlkiTəşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib
NövbətiƏrdoğan İrandan atılan raketin Türkiyə hava məkanında zərərsizləşdirilməsinə münasibət bildirib