FHN: Yasamalda yataqxanada yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə və digər xilasetmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

ƏvvəlkiAzərbaycan DSX-nin hərbçiləri Ermənistanla sərhəddə yeni sərhəd-buraxılış məntəqəsində
NövbətiKuklaçıların Qusara səfəri anşlaqla keçib