Azərbaycan DSX-nin hərbçiləri Ermənistanla sərhəddə yeni sərhəd-buraxılış məntəqəsində

Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri Ermənistanla sərhəddə yeni sərhəd-buraxılış məntəqəsindədir.

Trend xəbər verir ki, hərbçilərin yeni sərhəd-buraxılış məntəqəsində olduğunu əks etdirən foto sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

ƏvvəlkiÇavuşoğlu Türkiyə, Suriya, İran və Rusiya prezidentlərinin mayda görüşə biləcəyini bildirib
NövbətiFHN: Yasamalda yataqxanada yanğın olub