FHN: Oğuzda 3 ha sahədə meyvə ağacları yanıb

Oğuz rayonu, Xaçmazqışlaq kəndi yaxınlığında 3 ha sahədə kol-kos və ayrı-ayrı yerlərdə müxtəlif növ meyvə ağacları yanıb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yaxınlıqdakı fındıq bağları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əvvəlkiİmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
NövbətiPolşa səfiri Bakıda FIG Dünya Kuboku çərçivəsində ölkəsinin idmançıları ilə görüşüb