Polşa səfiri Bakıda FIG Dünya Kuboku çərçivəsində ölkəsinin idmançıları ilə görüşüb

Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə keçirilən FIG Dünya Kuboku çərçivəsində ölkəsinin idmançıları ilə görüşüb.

Trend-in məlumatına görə, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayıb.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

ƏvvəlkiFHN: Oğuzda 3 ha sahədə meyvə ağacları yanıb
Növbəti“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platformasının qurulması üçün təşkilat komitəsi yaradıldı